ABŞ Türkiyəni NATO-nun məhsuldar üzvü hesab edir.
Sitat.info xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller amerikalı qanunvericilərin İsrailin Qəzza zolağındakı hərəkətlərini tənqid etdiyinə görə Türkiyəni alyansdan çıxarmaq çağırışlarına cavab verərkən deyib.
“Əlbəttə ki, Türkiyə rəhbərliyi ilə fikir ayrılığına düşməyimiz ilk dəfə deyil. Bununla belə, biz onları hələ də NATO-nun məhsuldar və faydalı üzvü hesab edirik. Və biz razılaşdığımız məsələlərdə onlarla işləməyə davam edəcəyik. Həm də aramızda fikir ayrılıqları olduğunu onlara aydın şəkildə bildiririk”, - o bildirib./Axar.az