İsrail ABŞ ilə intensiv diplomatik danışıqlardan sonra Qəzza zolağına hər gün 100 yük maşını humanitar yardım buraxmağa razılaşıb.
Sitat.info xəbər verir ki, bu barədə “Tayms of İsrail” amerikalı rəsmiyə istinadən məlumat yayıb.
“İsrail Bayden administrasiyası ilə gərgin diplomatik danışıqlardan sonra Qəzzaya gündəlik 100 yardım maşını buraxmağa razılaşıb. Razılaşma BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin Qəzza zolağına daxil olan məhdud sayda humanitar yardım maşınlarının bölgə əhalisinin ehtiyaclarını ödəmək üçün kifayət etmədiyini bildirməsindən qısa müddət sonra əldə edilib”, - mənbə bildirib.