Qəzzada ölənlərin sayı 8 min 300-ü keçib

13:32 31 Oktyabr 2023

Qəzzada HƏMAS-ın nəzarətində olan ərazidə İsrailin hücumları nəticəsində həyatını itirənlərin sayı 8306-ya çatb. 

Sitat.info xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Ölənlərdən 3 457-nin uşaq, 2136-nın qadın, 480-nin qoca olduğu bildirilib.
Ümumdünya Səhiyyə Təşkilatı Qəzzada xəstəxanaların elektrik enerjisi və dərman çatışmazlığı səbəbindən çox çətin şəraitdə fəaliyyət göstərdiyini bildirir.

Qeyd edək ki, oktyabrın 7-dən Qəzza zolağına xarici yanacaq buraxılmır. Xəstəxanaların, sığınacaqların, çörək sexlərinin, su və kanalizasiya obyektlərinin fəaliyyəti üçün yanacağa təcili ehtiyac var.

Məğrur, 

Sitat.info

 



Xəbər xətti