“Niva” traktorun qoşqusuna çırpıldı: ölən var

10:01 1 Noyabr 2023

Noyabrın 1-i saat 05 radələrində Qax şəhəri ərazisində Səbuhi Poladovun idarə etdiyi “Niva” markalı avtomobil yolun kənarında dayanan traktorun qoşqusuna çırpılaraq aşıb.

Sitat.info xəbər verir ki, qəza nəticəsində “Niva” markalı avtomobildəki sərnişin, 1975-ci il təvəllüdlü, Qax şəhər sakini Coşqun Oktay oğlu Qocayev aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.



Xəbər xətti