Britaniya kralında etiraf: Vəhşiliklər törətmişik

10:38 1 Noyabr 2023

Britaniya kralı III Çarlz Nayrobiyə dövlət səfəri zamanı keçmiş Britaniya koloniyası olan Keniyada keçmiş müstəmləkəçilik siyasətindən təəssüfləndiyini bildirib.

Sitat.info xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Uzun və çətin münasibətlərimizin ən ağrılı anlarını etiraf etməliyik. Keçmişin pis əməlləri ən böyük kədərin və ən dərin təəssüfün səbəbidir”, - o bildirib.

Britaniya kralı müstəmləkəçilərin keniyalılara qarşı törətdikləri vəhşilikləri vurğulayaraq, onları iyrənc və əsassız adlandırıb.



Xəbər xətti