İran prezidenti Fələstin üçün Türkiyəyə gedəcək: Hakan Fidandan kritik açıqlamalar!

16:26 1 Noyabr 2023

Xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abdullahian ilə birgə mətbuat konfransı keçirib. İran prezidentinin qısa müddətdə Türkiyəyə gələcəyini bildirən nazir Fidan Türkiyənin Qəzzada baş verənlərlə bağlı zamin kimi məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu ifadə edib.

Sitat.info xəbər verir ki, Hakan Fidan bu sözləri deyib: "İsrail girdiyi yanlış yoldan dərhal dönməlidir. Biz region daxilində və xaricində bütün aktorları davamlı sülhü dəstəkləməyə çağırırıq... İran prezidenti Türkiyəyə gələcək. Qəzzadaki vəziyyət bugünkü gündəmimizin ən mühüm mövzusu idi. Qəzzada qeyri-qanuni mühasirə davam edir. Qəzzalılar günlərdir ağır bombardmanlar altındadır. Bu zülmə qarşı susmağımız mümkün deyil. İnsanları dünyanın gözü qarşısında qətlə yetirirlər.

Türkiyə olaraq hər platformada bəyan etmişik ki, kimin, hansı məqsədlə həyata keçirməsindən asılı olmayaraq, günahsız vətəndaşları hədəf alan hücumları bəyənmirik. Biz müvafiq tərəflərlə diplomatiya trafikindəyik. İsrail tutduğu yanlış yoldan dönməli və zorakılığa son qoymalıdır. İsrail başa düşməlidir ki, fələstinlilərə məhəl qoymamaq heç bir nəticə verməyəcək".

Hakan Fidan deyib ki, bəzi ölkələrin Qəzzada törədilən qətliamı dəstəkləməsi qəbuledilməzdir.

Biz bütün regional və regiondan kənar aktorları davamlı sülhü dəstəkləməyə çağırırıq.Beynəlxalq Sülh Konfransının bu iş üçün ən uyğun platforma olacağını düşünürük. Biz Türkiyə olaraq dostlarımızla koordinasiyalı şəkildə əvvəlcə atəşkəs, sonra isə daimi sülhün bərqərar olması üçün üzərimizə düşəni etməyə qərarlıyıq. Biz həm də müqavilənin icrası zamanı zamin kimi məsuliyyəti öz üzərimizə götürməyə hazırıq.

“Prezidentimizin  vurğuladığı kimi, atəşkəs mümkün qədər tez bağlanmalıdır. Bəzi ölkələrin zorakılığı təşviq etməsi qəbuledilməzdir. Biz regionun daxilində və xaricində bütün aktyorları sülhü təşviq etməyə çağırırıq. Fələstində qeyri-qanuni mühasirə hələ də davam edir. İsrail zorakılığa son qoymalıdır. ABŞ və Aİ atəşkəs istəmir. Qərb İsrailin müəyyən etdiyi ölçüdə hərəkət edir".

Nərgiz,

Sitat.info

 



Xəbər xətti