Rusiyanın 11 şəhərinin hava limanına uçuş məhdudiyyətinin müddəti uzadılıb

10:20 6 Aprel 2022

Rusiyanın cənub və mərkəzi hissəsində yerləşən hava limanlarına uçuşlara tətbiq edilən müvəqqəti məhdudiyyət rejimi aprelin 13-dək uzadılıb.

Report “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Aviasiya şirkəti məlumat yayıb.

Məlumata görə, Rusiyanın 11 hava limanına – Anapa, Belqorod, Voronej, Gəlincik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Don, Simferopol və Elistaya uçuş rejiminə müvəqqəti məhdudiyyət 2022-ci il aprelin 13-ü yerli vaxtla 03.45-dək uzadılıb.

Şirkət sərnişinlərə alternativ olaraq Soçi, Volqoqrad, Mineralnıye Vodı, Stavroplol və Moskvadakı hava limanlarından istifadəni məsləhət görüb. Rusiyanın beynəlxalq hava limanları da daxil omaqla başqa areoportlar iş qrafiki üzrə fəaliyyətinin davam etdirir.



Xəbər xətti