Prokurorluqdan hərbçilərə zor tətbiq edilməsi ilə bağlı AÇIQLAMA

10:52 6 Aprel 2022

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində bir hərbi qulluqçunun digərinə zor tətbiq etməsini əks etdirən videogörüntülərlə bağlı Bakı Hərbi Prokurorluğunda araşdırma aparılır.

Bu barədə Musavat.com-a Hərbi Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

"Qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcəkdir", - məlumatda qeyd olunub.



Xəbər xətti