Ukrayna Krım nümayəndələrinin Türkiyəyə səfərinin statusu ilə bağlı Türkiyə tərəfdən rəsmi izahat istəyib.
Sitat.info xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko deyib.
“Biz bu vəziyyəti son dərəcə ciddi qəbul edirik. Ukrayna Xarici İşlər Nazirliyi artıq Rusiya işğalçı administrasiyası nümayəndələrinin səfərinin statusu ilə bağlı Türkiyə tərəfdən rəsmi izahat istəyib”, - o bildirib.
Nikolenko xatırladıb ki, BMT Baş Assambleyasının qətnaməsi istənilən tərəfi yarımadanın statusunu şübhə altına ala biləcək hərəkətlərdən çəkinməyi tələb edir:
“Gözləyirik ki, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən Türkiyə hakimiyyəti Rusiyanın təxribatına layiqincə cavab verəcək və gələcəkdə onun təkrarlanmasına imkan verməyəcək”.