Dünya bazarlarında neftin qiyməti cüzi dəyişib.
“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin iyun fyuçersləri 0,07% bahalaşaraq, 1 bareli 106,71 ABŞ dollarına satılıb. WTI neftinin may fyuçerslərinin qiyməti isə 0,16% aşağı düşərək, 1 bareli 101,8 ABŞ dolları təşkil edib.
Neftin qiymətinə mənfi təsir edən amillərdən biri ABŞ dollarının digər valyutalara münasibətdə möhləmlənməsidir. Belə ki, ABŞ dollarının indeksi 0,1% artaraq, 99,58 bəndə çatıb. Bu cür şərait nefti digər valyutalarda satınalmalar üçün daha az əlçatan edir.
Digər tərəfdən, investorlar Rusiya əleyhinə sanksiyaların sərtləşdirilməsini izləməkdə davam edirlər. Belə ki, ABŞ administrasiyasının rəsmi nümayəndəsi Cen Psaki Rusiyanın iqtisadi, maliyyə və texnoloji təcridinə yönəlmiş əlavə sanksiyalartın tətbiq ediləcəyini açıqlayıb.