Azərbaycanın 12 kəndi rəsmən bolşeviklər ölkəmizi işğal edəndən sonra əlimizdən alınıb. Rus ekspert Aleksandr Artamanovun Zəngəzurda Azərbaycanın 6 kəndinin işğalda olduğu barədə fikirləri buna işarədir, əslində həmin say 12-dir.
Sitat.info xəbər verir ki, bu sözləri Teleqraf.com-a tarixçi alim Zaur Əliyev deyib.
Onun sözlərinə görə, 1920-ci ildə bolşeviklər regionları gəzib, həmin ərazilərin statistikasını aparıb:
"Azərbaycanlıların və ya ermənilərin yaşadığı konkret əraziləri müəyyənləşdirmək üçün komissiya təşkil ediblər. Komissiyanın üzvləri arasında ruslar çoxluq təşkil edib. Onlarla bərabər əraziləri yaxşı tanıyan bir neçə azərbaycanlı da bu işə cəlb olunub. Komissiya üzvləri həmin ərazilərə gəliblər və ermənilər onları “yaxşı qarşılayıb, yeyib içiblər”. Azərbaycanlılar biliblər ki, burada nə isə baş verəcək. İki-üç azərbaycanlı qayıtmalı olduğunu deyib oradan uzaqlaşıb, amma ruslar qalıblar. Həmin gün oradakı ermənilər Rusiyadan gəlmiş nümayəndələrə hücum edib, onları ağır formada döyüblər. Döydükdən sonra onları hədələyiblər ki, sovet Rusiyasına birləşmək istəmirik. Nəticə olaraq Zəngilanın Nüvədi kəndi də daxil olmaqla, əhalisinin böyük hissəsi azərbaycanlılar olan 12 kənd Ermənistana verilib".
Zaur Əliyev vurğulayıb ki, bu, Azərbaycanın Naxçıvanla əlaqəsini birbaşa kəsməyə xidmət edəcək addım olub:
"Bolşevik hökuməti belə bir qərara gəlib ki, Azərbaycanın Naxçıvanla quru əlaqəsini kəsməklə yanaşı, Ermənistana İranla mütəmadi əlaqə saxlamaq üçün yol da lazımdır. Hətta 1920-ci illərdə bu məsələ o qədər böyüyür ki, ermənilər hətta aksiya təşkil edirlər, dəmiryol xətlərini bağlayırlar ki, həmin yol işləməsin. 1941-ci ildə Azərbaycan və Naxçıvanı birləşdirəcək Mincivan-Culfa yolu açılır. Amma bu, həmin yolu görmürdü. 46 km uzunluğunda olan bu yolun 24 km-i birbaşa Nüvədi ərazisindən keçirdi. Hətta o vaxt bu məsələ böyümüşdü və Araz çayının yanından da yol açmaq istəyirdilər. Lakin ermənilər qoymadılar. 1980-ci illərdə Heydər Əliyev Nüvədi-Ağdərə yolu çəkmək istəyirdi ki, birbaşa camaatın həm Naxçıvana gediş-gəlişi rahatlaşsın, həm də həmin kəndlərdə yaşayan azərbaycanlılarla əlaqə mümkün olsun. Amma ermənilər Moskvaya yazdılar, aləmi qarışdırdılar. 13-15 km nəzərdə tutulan proyekt beş km ilə kifayətləndi. Ermənilər bu xəttin çəkilməsinə imkan vermədilər. Zəngəzurdan Naxçıvana gedən yol ərazisində dəmiryol xəttinin azərbaycanlılara məxsus olduğunu sübut edəcək hüquqi sənədləri var. Naxçıvanla Azərbaycanı birləşdirəcək dəmiryolu xəttinin hüquq sahibi Azərbaycan Respublikasıdır. O vaxt Azərbaycan hökuməti Ermənistana pul ödəyib bu hüququ əldə etmişdi. Eyni zamanda altı kəndi ermənilərə verməklə yanaşı, Nüvədi də daxil olmaqla 12 kənd Zəngilandan alınıb Ermənistana verildi ki, milli qarşıdurmanın önünü alsınlar. Bizim əlimizdə 1920-ci ilə qədər olan Azərbaycan Respublikasının sərhədlərini müəyyən edəcək, sərhəd xətlərinin hansı kəndlərdən keçəcəyini göstərən Azərbaycan dövlətinə məxsus konkret xəritələr var. Bu gün Azərbaycan dövləti demarkasiya və delimitasiya məsələsini gündəmə gətirərək, Ermənistanla birdəfəlik sərhədlərimizin müəyyənləşdirilməsinə hüquqi çərçivədə əməl olunmasını tələb edir. 1920-ci ildə bolşevik ordusunun Azərbaycanı işğal etdiyi dövrdə mövcud olmuş Azərbaycan Respublikasının sərhədləri daxilində bunu həll etməyə çalışırıq".
Tarixçi alim qeyd edib ki, Ermənistan isə 1975-ci il xəritəsini irəli sürür:
"Bu xəritələrdə Zəngəzur dəhlizinə məxsus olan 12 kəndin tamamilə mübahisəli ərazi sayıla biləcək həmin altı kəndin Ermənistana məxsus olduğunu göstərir. Birbaşa Naxçıvana gedən yolun Ermənistanın ərazisindən keçməsi azərbaycanlıları 15-20 km geri salmaqla yanaşı, qış aylarında vətəndaşların həm yerüstü nəqliyyat, həm dəmir yolu nəqliyyatı ilə getməsini əngəlləyir. O regionda olmuş insanlar bilirlər ki, oranın qışı çox sərt olur. Hətta qış aylarında maşınlar o yollardan keçə bilmir. 1980-ci illərdə Heydər Əliyev Moskvada vəzifədə olanda bunu bilirdi. Ağdərə yolunu çəkməklə birbaşa Naxçıvana təhlükəsiz gediş-gəlişin təmin olunmasını təklif etmişdi. Ermənilər Moskvada böyük bir səs-küy yaratdılar ki, Azərbaycan Ermənistan torpağına iddia irəli sürür. Heydər Əliyevin bu təklifini Moskva təsdiqləmədi. Azərbaycandan Naxçıvana Ermənistanın məxsus olduğu ərazidən keçməyə məcbur olmaqla yanaşı, qış ayların da çox çətinliklə keçməyə məcbur olublar".
Zaur Əliyev bildirib ki, təsdiqi olmadan kəndlərin ermənilərə verilməsini gündəmə gətirmək lazımdır:
"Əlimizdə konkret faktlar var. Mövcud olmuş rəsmi