Hazırda Ermənistanla Rusiya arasında münasibətlərdə müəyyən problemlər var, Ermənistanın problemləri konstruktiv şəkildə müzakirə etmək, anlamaq və həll etməkdən başqa mövqeyi yoxdur.
Sitat.info xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Ermənistan çoxsaylı və çoxsahəli əlaqələrə malik olduğu Rusiya ilə münasibətlərini bundan sonra da inkişaf etdirəcək. Təbii ki, bu münasibətlərdə müəyyən problemlərin olduğu aydındır. Çox şey bizi qane etmir, çox şey bizi təəccübləndirir, başa düşdüyüm kimi, Rusiya da eyni münasibətdədir. Əminik ki, rusiyalı tərəfdaşlarımızı təəccübləndirən şey müxtəlif mediada gördüyümüz siyasətin nəticəsidir. Problemləri konstruktiv müzakirə etmək, anlamaq, həll etmək, dostluq və əməkdaşlıq ruhunda irəliləməkdən başqa mövqeyimiz yoxdur”, - o bildirib.