ABŞ-ın Moskvaya yeni sanksiyaları Rusiyaya strateji məğlubiyyət vermək siyasətinin davamıdır.
Sitat.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O qeyd edib ki, Amerika hakimiyyəti hər il Rusiyaya zərər vurmaq üçün nəsə tapmağa çalışır:
“Ya çəkindirmə, ya da başqa bir şey, indi bu, strateji məğlubiyyətdir. İstəklərinə çatmayacaqlar”.
Qeyd edək ki, noyabrın 2-də ABŞ hakimiyyəti onlarla şirkət və fiziki şəxsin yer aldığı yeni sanksiya siyahılarını dərc edib. Sanksiyalarda Rusiyanın AFK “Sistema”, “Poçt Bank”, “Rus Standard”, “Ümumrusiya Regional İnkişaf Bankı” və digər qurumları yer alıb.