Sərdar Cəlaloğlunun yeni kitabı işıq üzü gördü: "Dində ixtilaf yaradan 10 məsələ Qurani Kərim əsasında təhlil olunub..."

14:44 3 Noyabr 2023

ADP sədri Sərdar Cəlaloğlunun bu günlərdə "İslamda nə var, nə yox" adlı yeni kitabı işıq üzü görüb. 

Sitat.info-ya açıqlamasında kitabla bağlı məlumat verən S.Cəlaoğlu bildirib ki, kitabı yazmaqda əsas məqsədi dini İranın və xurafatın təsirindən qurtarmaqdır: "Bunun üçün kitabımı ən çox mübahisələndirən 10 məsələyə həsr etmişəm. Kitab ənənəvi dini kitablardan onunla fərqlənir ki, elmi- fəlsəfi əsasda yazılıb. Yəni təhlil olunan bütün məsələlər elmə və fəlsəfəyə əsaslanır. Eyni zamanda yalnız Qurani- Kərimə istinad olunub, rəvayətlər,  hədislər, ayrı- ayrı təriqətlərin münasibətləri bir kənara qoyulub. Quran və Quranda verilən bilgilərin də elmi və fəlsəfi tərəfindən bəhs olunur. Erik From adlı məşhur bir alim var. Onun bir sözü var ki, müasir dünya böhran içindədir. Bu böhrandan çıxmağın yeganə yolu isə yenidən ali səviyyədə dinə qayıtmaqdır. O belə hesab edir ki, nə qədər ki,  dinə alimlər, tədqiqatçılar ciddi şəkildə yanaşmayıb, din insanlığa xeyir verə bilməz. Biz dini buraxmışıq. mollaların, savadsız insanların , dünyagörüşü olmayan insanların öhdəsinə. Onlar da din haqqında ağzına gələni danışırlar. Halbuki bu  həm İslamı parçalayır, həm dinə kölgə salır. İnsanların dindən bəhrələnməsinə imkan vermir".

Sərdar Cəlaloğlu vurğulayıb ki, onun əsas məqsədi, Azərbaycan dindarlarını həm İranın təsirindən, həm xurafatdan  qurtarmaq, həm də Azərbaycanda özümüzə məxsus bir dini düşüncə, dini təfəkkür formalaşdıraq, dinə yalnız elmi -fəlsəfi yanaşmaq, dinin cəmiyyətin nəfinə, millətimizin , dövlətimizin nəfindən istifadə etməkdir: "Mənim Quran üzərində başqa tədqiqatlarım var. 30 cildə yaxın kitab yazmışam. Bu kitabı   Qanun nəşriyyatı öz vəsaitini çap edib.  Əgər dəstək verən iş adamları olsa, oçoxcildli kitabları da çap etdirmək olar.

 Bu kitablar bütünlükdə Quranın elmi, fəlsəfi təhlilinə həsr olunub. "İslamda nə var, nə yox" adlı yeni kitab isə sadəcə  mübahisə doğuran 10 dənə mühüm məsələyə həsr olunub. Hansı ki, bu məsələlər ətrafında həm təriqətlər parçalanır, həm adamlar xurafata yuvarlanır, həm də kimlərsə bundan sui- istifadə edirlər. Bu məsələlərin böyük əksəriyyəti  İslam dinini nüfuzdan salır. Yəni  kitab bu mənada əhəmiyyətlidir".

Məğrur,

Sitat.info   



Xəbər xətti