“Nikol Paşinyan xalqın adından danışa bilməz” - erməni revanşist

12:27 6 Aprel 2022

“Bu hakimiyyətdəkilər sübut etdilər ki, daim xalqın arxasınca razılıq əldə edirlər. Sabah (bu gün-M.) Brüsseldə hansısa sənədin imzalanacağını düşünmürəm, amma imzalanacaq sənədin bəndləri barədə danışacaqları ehtimalı çox yüksəkdir”.

SİTAT.İNFO Musavat.com-a istinadən xəbər verir ki, bunu erməni jurnalistlərə Ermənistan parlamentindəki “Şərəfim var” fraksiyasının rəhbəri Artur Vanetsyan deyib. Vanetsyan 5 apreldə İrəvanın mərkəzi meydanında keçirilən aksiyadan da bəhs edib.

“Hər halda, bugünkü mitinq Nikol Paşinyanın bütün erməni xalqı, Artsax, Ermənistan adından danışa bilməməsi ilə bağlıdır. Bugünkü izdihamlı mitinq buna sübutdur”- deyə, o bildirib.

A.Vanetsyan qeyd edib ki, müxalifət daim mitinqlər təşkil etməkdə ittiham olunur, lakin heç bir konkret addım atılmır.



Xəbər xətti