Tüfənglə ehtiyatsız davrandı: özünü güllələdi

10:05 4 Noyabr 2023

Noyabrın 4-ü gecə saatlarında Oğuz rayon sakini, 2001-ci il təvəllüdlü Elgün Xəlilzadənin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.

Sitat.info xəbər verir ki, ilkin araşdırma zamanı həmin şəxsin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində xəsarət aldığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti