Şuşaya səfər edən, 26 ölkəni təmsil edən beynəlxalq səyyahlardan ibarət nümayəndə heyəti Cıdır düzündə olub.
Sitat.info xəbər verir ki, 50 nəfərdən ibarət qrupa ABŞ, Kanada, İsveçrə, Böyük Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və digər ölkələrdən olan nümayəndələr daxildir.
Şuşada beynəlxalq nümayəndə heyəti ermənilərin şəhərin işğalı zamanı törətdikləri cinayətlərin nəticələri, mədəniyyət və tarixi abidələrin dağıdılması və vandalizmi ilə yaxından tanış olub.
Səyyahlar Şuşa qalasına, həmçinin şəhərin işğaldan azad edilməsindən sonra inşa olunmuş Şuşa Rayon İcra Hakimiyyətinə baş çəkiblər.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsində qazanılan qələbənin üçüncü ildönümü ərəfəsində beynəlxalq səyyahlar qrupunun Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb.
Qrupa məşhur səyyah və “NomadMania” beynəlxalq səyahətçilər klubunun rəhbəri Harri Mitsidis başçılıq edir.
Səyyahlar noyabrın 4-dən 6-dək Azərbaycanın azad edilmiş ərazilərində Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə səfər edəcəklər.