Qəzzada ölənlərin sayı artdı

16:15 4 Noyabr 2023

Oktyabrın 7-də başlayan İsrail-HƏMAS müharibəsi nəticəsində ölənlərin sayı 9488 nəfərə çatıb.

Sitat.info xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, qurbanlar arasında 3900 uşaq və yeniyetmə var.

Qeyd olunur ki, eskalasiya zamanı Qəzzada işləyən 150 tibb işçisi həlak olub, 57 təcili yardım maşını məhv edilib.



Xəbər xətti