ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığına “Ohayo” sinifli strateji nüvə sualtı qayığı göndərilib.
Sitat.info xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı X hesabında məlumat yayıb.
Məlumata görə, “Ohayo” sinifli sualtı qayıqları ABŞ-ın strateji hücum nüvə qüvvələrinin əsasını təşkil edir. Onlar qitələrarası ballistik raketlərlə təchiz olunub.