Tullantıların idarə olunması regionlarda zəif gedir. Təmiz şəhər modelini regionlara daşınmasına ehtiyac var.
Sitat.info xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.
O qeyd edib ki, daha bir problem iqlim dəyişikliklərinin törədəcəyi fəsadlardır:
“Bu sahə üçün gələn ilin dövlət büdcəsindən ayrılan vəsait bu illə müqayisədə az artımdır. Vəsait kiçik həcmdə artırılsa da, görülən işlər yerində qalır. Su resurslarından səmərli istifadəni önə çıxarmaq lazımdır. Dünyanı, eləcə də Azərbaycanı təhdidlər gözləyir. Çünki ölkəmiz azsulu ölkələrdəndir. Hətta adambaşına düşən su sərfiyyatına görə bir çox dövlətdən dəfələrlə geridə qalır”.