Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb siyasətçiləri Yaxın Şərqdə böyük münaqişəyə səbəb olurlar.
Sitat.info xəbər verir ki, Lavrov hazırda yaşanan müşaqişədə Qərbin rolundan danışlb.
“İndi biz anqlo-saksonların sözün əsl mənasında Yaxın Şərqi böyük müharibəyə sövq etdiyini görürük".
Lavrovun fikrincə, Ukraynada da buna bənzər bir hal görmək olar və belə siyasətin nəticəsi eynidir: dövlətçiliyin itirilməsi və ya zəifləməsi.
"Qərb öz problemlərini başqalarının hesabına həll etməyə, başqalarının resurslarından istifadə etməyə alışıb və qlobal proseslərin əksinə olaraq, ölkələrin daxili işlərinə qarışaraq dünyanı idarə etməyə ümid edir"Rusiya XİN rəhbəri yekunlaşdırıb.
Nərgiz,
Sitat.info