Türkiyənin Xarici işlər naziri Hakan Fidan bu axşam Hollandiyanın xarici işlər naziri Hanke Bruins Slot ilə telefonla danışıb.
Sitat.info xəbər verir ki, diplomatik qaynaqlardan əldə edilən məlumata görə, Qəzzada baş verən hadisələrin müzakirə edildiyi görüşdə Türkiyənin xarici işlər naziri Fidan ən qısa zamanda tam atəşkəsin elan edilməsi və Qəzzaya humanitar yardımların təcili çatdırılması lazım olduğunu vurğulayıb. Xarici işlər naziri Fidan hollandiyalı həmkarına bildirib ki, Qəzzada artan gərginliyin regional böhrana çevrilməsinin qarşısını almaq üçün birgə səy göstərilməlidir.
Görüşdə Ukraynadakı son vəziyyətin də müzakirə edildiyi qeyd edilib. Xarici işlər naziri Fidanın Qara dəniz taxıl dəhlizinin canlandırılmasının əhəmiyyətinə toxunduğu öyrənilib.
Seymur Bənnayev
Sitat.info