Birləşmiş Millətlər Təşkilatı İsrailin 7 oktyabrdan bu yana Qəzzaya təşkil etdiyi hücumlarda hər 10 dəqiqədən bir 1 uşağın öldüyünü, 2 uşağın isə yaralandığını açıqlayıb.
Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərq Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) X sosial media hesabında mövzu ilə bağlı açıqlama verilib.
Qəzza zolağındakı vəziyyətə toxunan bəyanatda deyilir: "Müharibə zamanı orta hesabla hər 10 dəqiqədə bir uşaq ölür, 2 uşaq isə yaralanır. Münaqişə zamanı mülki insanları qorumaq arzu və ya ideal deyil; bizim ümumi bəşəriyyətimizin məsuliyyəti və öhdəliyidir. Mülkilər harada olurlarsa olsunlar, qorunmalıdırlar”.
Seymur Bənnayev
Sitat.info