Livandan İsrailə raket hücumu: İsrail Ordusu da Livanı vurdu

22:55 6 Noyabr 2023

İsrail ordusu Livan ərazisindən 30-a yaxın raket zərbəsi endirildiyini və cavab olaraq atəş açılan nöqtələrin artilleriya atəşi ilə vurulduğunu bildirib.

Sitat.info xəbər verir ki, Ordudan verilən açıqlamada Livan ərazisindən atılan təxminən 30 raket səbəbilə İsrailin şimalında sirenlərin çaldığı bildirilib.

Hücumda ölənlərin olub-olmadığı ilə bağlı məlumat verilməyib. Açıqlamada raketlərin atıldığı nöqtələrin artilleriya atəşi ilə vurulduğu qeyd edilib.

Digər tərəfdən, HƏMAS-ın Livandakı hərbi qanadı İzzəddin Qəssam Briqadaları verdiyi açıqlamada, İsrailin Qəzzada dinc əhaliyə qarşı törətdiyi qırğına qarşı Livandan İsrailə doğru 16 raket atıldığını açıqlayıb.

Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərdə, İsrail ordusunun artilleriya birliklərinin Blida və Meys əl-Cebel qəsəbələrinin ətrafını vurduğu bildirilib.

Livan Hizbullahı da sərhəddə yerləşən İsrail hərbi məntəqəsi ər-Rahibin idarə olunan raketlər və müvafiq silahlarla hədəf alındığını açıqlayıb.

Ayna Fərhad,

Sitat.info



Xəbər xətti