Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İş Təşkilatından (UNRWA) verilən açıqlamada, İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda hər gün orta hesabla 134 uşağın həyatını itirdiyi bildirilib.
Sitat.info xəbər verir ki, açıqlamada Qəzzada həlak olan BMT əməkdaşlarının sayı da açıqlanıb.
İsrailin hücumları nəticəsində ölən BMT əməkdaşlarının sayının 88-ə yüksəldiyi bildirilib.
Qeyd edək ki, bu gün BMT baş katibi Antonio Quterreş də İsrailin bu hücumlarını qınayaraq, BMT tarixində heç bir münaqişədə bu qədər əməkdaşının həlak olmadığını bildirib.
Məğrur,
Sitat.info