Obama İsraili dəstəkləmədi: "HƏMAS-la heç bir əlaqəsi olmayan insanlar öldürülür"

23:51 6 Noyabr 2023

ABŞ-ın keçmiş prezidenti Barak Obama İsrail-Fələstin münaqişəsi ilə bağlı danışıb. 

Sitat.info xəbər verir ki, Barak Obama həm İsraili, həm də HƏMAS-ı qınayıb. 

"Həmasın etdikləri dəhşətli idi və buna heç bir bəraət qazandırmaq olmaz. Amma işğalın və fələstinlilərin başına gələnlərin dözülməz olduğu da doğrudur”.

Obama bidirib ki, hazırda HƏMAS-ın etdikləri ilə heç bir əlaqəsi olmayan insanlar öldürülür: "Bu gün uşaqların öldürülməsinin qarşısını necə ala bilərik?".

Ayna, 

Sitat.info



Xəbər xətti