İsrailin hücumları nəticəsində Qəzza zolağında yaşayanların 70 faizinin evlərini tərk etmək məcburiyyətində qaldığı açıqlanıb.
Sitat.info xəbər verir ki, Qəzza hökumətinin media idarəsinin rəhbəri Selame Maruf keçirdiyi mətbuat konfransında Qəzza zolağında yaşayan əhalinin 70 faizinin köçkün olduğunu bildirib.
Əhalinin təxminən 2%-nin ölüm və ya yaralanma şəklində İsrail hücumlarına məruz qaldığını ifadə edən Maruf deyib: "İsrailin hücumları başladığı gündən Qəzzada xəstəxanalar hər dəqiqə bir yaralı, hər saatda 15 şəhid qəbul edir. Bunların ortalaması 6 uşaq, 5-i qadın olmaqla hər bir saatda xəstəxanaya gətirilir".
Seymur Bənnayev
Sitat.info