Belarusun xarici işlər naziri Türkiyəyə gedir

09:32 7 Noyabr 2023

Türkiyənin Xarici İşlər Nazirliyi Belarus Respublikasının xarici işlər naziri Sergey Aleynikin 7-8 noyabr tarixlərində Türkiyəyə səfər edəcəyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Hakan Fidanın həmkarı ilə görüşündə regional inkişaflar və ikitərəfli münasibətlərin müzakirə ediləcəyi gözlənilir.

Səfər çərçivəsində Belarus Respublikasının xarici işlər naziri Sergey Aleynikin də Türkiyə-Belarus Qarışıq İqtisadi Komissiyasının 11-ci Dövr Toplantısında iştirakı planlaşdırılır.

Kənan 

Sitat.info



Xəbər xətti