Ukrayna ilə danışıqlar prosesi davam edir, qarşıda uzun yol var, lakin indi hər şey ağır gedir.
Apa-nın Moskva müxbirinin məlumatına görə, bunu Krmelin mətbuat katibi Dmitri Peskov bildirib.
"Qarşıda hələ kifayət qədər uzun bir yol var. İş prosesi davam edir, lakin bu proses ağır gedir. Təbii ki, biz Ukrayna tərəfdən daha çox dinamika görmək istərdik", - Kremlin sözçüsü Rusiya-Ukrayna danışıqlarının növbəti raundlarının perspektivləri ilə bağlı sualı cavablandırarkən deyib.
O, danışıqlar prosesinin pozulmadığını və davam etdiyini vurğulayıb.