Yəhudilər ABŞ-da Azadlıq heykəlinin qarşısında Fələstinə dəstək aksiyası keçirib

14:06 7 Noyabr 2023

ABŞ-da “Sülh üçün Yəhudi Səsi” adlı qrup Fələstinə dəstək üçün oturaq aksiya təşkil edib.
Sitat.info xəbər verir ki, İsrailin Fələstinə hücumlarında ölənlərin sayı 10 mini keçdiyi halda. dünyada bir çox yəhudi qrupları atəşkəs çağırışlarını davam etdirir.

ABŞ-ın Nyu York şəhərindəki Azadlıq adasında ölkənin simvollarından olan "Azadlıq" heykəlinin qarşısında Fələstinə dəstək nümayişi keçirilib. Sülh üçün Yəhudi Səsi (JVP) adlı qrupun çağırışı ilə təxminən 500 nəfər toplaşaraq Azadlıq Heykəlinin qarşısında oturaq etiraz aksiyası keçirib. Qəzzada atəşkəs tələb edən fəallar “Bütün dünya bunu izləyir”, “Fələstinlilər azad olmalıdır” və “Bir daha heç kim üçün heç vaxt” yazılı plakatlar açıblar.

Sülh naminə yəhudilərin səsi qrupu oktyabrın 27-də də Nyu-Yorkda növbəti nümayiş təşkil etmişdi və nümayişdə atəşkəs mesajları olan qara köynək geyinmiş yüzlərlə insan iştirak etmişdi. Şənbə günü də on minlərlə insan Vaşinqtonda Fələstinə dəstək nümayiş etdirib, Nyu York, Sietl və bir çox başqa şəhərlərdə yürüşlər keçirilib.

Nərgiz,

Sitat.info



Xəbər xətti