Vuçiç Azərbaycana təşəkkür

15:28 7 Noyabr 2023

Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycana təşəkkür edib.

Sitat.info xəbər verir ki, dövlət başçısı təşəkkürünü noyabrın 7-də Belqradda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə çatdırıb.

A.Vuçiç ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini bildirib və Azərbaycanın da Serbiyanın ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.



Xəbər xətti