Kremlin sözçüsü Dmitriy Peskov Qəzza zolağındakı qarşıdurmalarda humanitar fasilənin olması lazım olduğunu bildirib və Humanitar baxımdan vəziyyət son dərəcə gərgin və fəlakətli olduğunu deyib.
Sitat.info xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada İsrail-Fələstin münaqişəsi ilə bağlı jurnalistlərə açıqlama verib.
İsrail ordusunun "hərbi əməliyyatı"nın davam etdiyini bildirən Peskov deyib: "Belə olan halda qarşıdurmalara humanitar fasilə vermək və Qəzzada mülki əhalinin humanitar ehtiyaclarını qarşılamaq bizim üçün çox vacibdir. Təbii ki, Rusiya vətəndaşlarının Qəzzanı tərk etmək imkanının olması da bizim üçün vacibdir. Diplomatlarımız vəziyyət son dərəcə gərgin və humanitar fəlakətli olduğunu deyir".
Seymur Bənnayev
Sitat.info