HƏMAS-ın yüksək səviyyəli liderlərindən Musa Əbu Marzuk 7 oktyabrda HƏMAS-ın İsrailə qarşı hücumlarında mülki şəxslərin hədəf alındığına dair iddiaları rədd edib.
Sitat.info xəbər verir ki, Marzuk BBC Arabic-ə verdiyi açıqlamalarda HƏMAS-ın yalnız məcburi hərbi xidmət keçənləri hədəf aldığını, qadın və uşaq kimi mülki şəxslərin hücuma məruz qalmadığını bildirib.
Girovlarla bağlı sualı cavablandıran Marzuk, İsrail Qəzzanı bombalayarkən girovları azad edə bilməyəcəklərini deyib. "Girovları azad edəcəyik, amma əvvəlcə qarşıdurma dayandırılmalıdır"-deyə ifadə edib.
HƏMAS-ın Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri Əbu Mərzukun iddiaları, HƏMAS-ın silahsız böyükləri və uşaqları da hədəf aldığını göstərən videolarla ziddiyyət təşkil edir.
İsrail Oktyabrın 7-də HƏMAS-ın hücumlarında ölənlərin 1400-dən çoxunun mülki olduğunu açıqlamışdı.
Əbu Mərzuk HƏMAS-ın 7 oktyabr hücumlarından sonra BBC-yə danışan ən yüksək rütbəli Həmas lideri olub.
2006-cı ildən HƏMAS-ın nəzarətində olan Qəzzanın Səhiyyə Nazirliyi, İsrailin 7 oktyabrdan bəri həyata keçirdiyi hücumlarda 10 min adamın öldüyünü açıqlayıb.
Məğrur,
Sitat.info