Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qəzzada bəzi həkimlərin anesteziya olmadan amputasiya da daxil olmaqla əməliyyatlar etməli olduqlarını açıqlayıb.
Sitat.info xəbər verir ki, tibbi yardıma qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağıran Ümumdünya Səhiyyə Təşkilatı, 160-dan çox tibb işçisinin yaralılara və xəstələrə qulluq edərkən vəzifə başında öldüyünü söyləyib.
ÜST-dən Christian Lindmeier mətbuat konfransında deyib: "Bunlar sağlamlıq sistemini fədakarlıqla davam etdirən, müəyyən bir xidmət səviyyəsini qorumaq üçün bir yol tapmağa çalışan insanlardır".
Kənan
Sitat.info