Bayramov Serbiyanın XİN başçısı ilə görüşdü

16:16 7 Noyabr 2023

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş nazirinin birinci müavini və xarici işlər naziri İvica Daçiç ilə görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə C.Bayramov X hesabında yazıb.

"Serbiya Baş nazirinin birinci müavini və xarici işlər naziri İvica Daçiç ilə görüşməkdən və ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi ilə bağlı məqsədləri müzakirə etməkdən məmnun oldum",- nazir bildirib.



Xəbər xətti