Liviya Fətva İdarəsi oktyabrın 7-dən Qəzzaya hücumlar həyata keçirən İsrailə dəstək verən şirkətləri boykot etməyə çağıran fətva verib.
Sitat.info xəbər verir ki, “Libya Observer” xəbər saytının məlumatına görə, Liviya Fətva Təşkilatı İsrailin Fələstini işğalına dəstək verən Qərb şirkətlərinin botkot edilməsini istəyib.
Fətvada “Müsəlman dövlətləri və millətləri Qəzzaya hər cür dəstəyi versinlər” çağırışı ilə yanaşı, iqtisadi sahədə də dəstək istəyib.
Fətvada Qəzzəyə dəstək vermənin hökmdarlar və idarə olunanlar da daxil olmaqla bütün müsəlmanlar üçün “borc” olduğu vurğulanıb.
Seymur Bənnayev
Sitat.info