Orxan Hacılının apellyasiya şikayəti təmin olunmadı

17:00 7 Noyabr 2023

"Müsavat" Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılının apellyasiya şikayəti təmin olunmayıb.

Sitat.info xəbər verir ki, apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılıb.

İclasda şikayət təmin olunmayıb və 1-ci instansiya məhkəməsinin qərarı dəyişilməz saxlanılıb.

Qeyd edək ki, noyabrın 2-də yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma və yol-nəqliyyat hadisəsi yerindən qaçmada təqsirləndirilən Orxan Hacılı barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

O.Hacılı barəsində Cinayət Məcəlləsinin 263 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264 (yol nəqliyyat hadisəsi yerindən qaçmada) maddələri ilə ittiham irəli sürülüb.

O, qərardan narazı qaldığı üçün apellyasiya şikayəti verib.



Xəbər xətti