Bu il 225 tələbə diplom ala bilmədi

16:40 7 Noyabr 2023

Bu il Azərbaycanda ali məktəbi bitirən 225 tələbə dövlət imtahanından kəsilib və diplom ala bilməyib. 

Sitat.info xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, 2022-2023-cü tədris ilində 7762 bakalavrdan 7532 tələbə dövlət imtahanında uğur qazanıb.

“Ali təhsil müəssisələrini bitirən 225 tələbə isə uğur qazanmayıb”, - nazirlikdən bildilib.



Xəbər xətti