İsrailin Qəzzaya hücumları 33-cü gündə də eyni sürətlə davam edir

10:00 8 Noyabr 2023

İsrail ordusuna aid döyüş təyyarələri və artilleriyası müharibənin 33-cü gününə keçən gecə də mülki həssaslığı nəzərə almadan Qəzza zolağının müxtəlif bölgələrinə intensiv hücumlarını davam etdirib.

Sitat.info xəbər verir ki, Fələstinin WAFA xəbər agentliyinə və bölgədəki hadisələri real vaxtda xəbər verən etibarlı mənbələrə görə, İsrailin hava hücumları Qəzzanın Nusayrat Qaçqınlar Düşərgəsi, Şeyx Zayed iqamətgahları və Tel əl-Heva bölgələrində cəmləşib, Şati Qaçqınlar Düşərgəsi isə artilleriya, eləcə də hava qüvvələrinin atəşinin hədəfi olub. 

İsrailin Nusayrat Qaçqınlar Düşərgəsindəki Vehbe Ailəsinin evini hədəf alan hava hücumu nəticəsində çox sayda fələstinli həyatını itirib. Hücum zamanı yaralananlar Əqsa Şəhidləri Xəstəxanasına aparılıb. Evin dağıntıları altından hələ də çıxarılmayanların olduğu bildirilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti