Ərdoğan bu gün Özbəkistana gedir

10:04 8 Noyabr 2023

Prezident Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak etmək üçün Özbəkistanın paytaxtı Daşkəndə gedəcək. Sammitdə iqtisadi əlaqələrlə yanaşı, İsrailin hücumlarının dayandırılması və Fələstinə humanitar yardımın ən qısa zamanda çatdırılması da müzakirə olunacaq.

Sitat.info xəbər verir ki, Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 16-cı iclası keçiriləcək.

2 gün davam edəcək sammitdə prezident Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.

Ərdoğan liderlərlə yanaşı, heyətlərarası görüşlər keçirəcək.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti