Bakıda Zəfər yürüşü başladı

10:00 8 Noyabr 2023

Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə Bakıda hərbçilərin Zəfər yürüşü başlayıb.

Sitat.info xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra hərbi orkestrlər Azərbaycanın dövlət himnini səsləndirib.

Daha sonra hərbçilərin yürüşü başlayıb.

Belə ki, hərbi qulluqçular hərbi orkestrlərin müşayiəti ilə Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı - "AMAY" Ticarət Mərkəzi istiqamətində hərəkət edir.

Yürüşün digər marşrutu Şəhidlər Xiyabanı - "Alov Qüllələri" Kompleksi - "İçərişəhər" metrosu - İstiqlaliyyət küçəsi - Azneft dairəsi - Bəhram Gur heykəlidir.

Başqa bir hərbçi qrupu isə Q.Musabəyov parkı - Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı marşrutu ilə yürüş edir.

Yürüşün daha bir marşrutu isə "Olimpik Star" İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev sarayı - İ. Nəsimi heykəli - Neftçilər prospekti istiqamətidir.



Xəbər xətti