İsrailin blokadası altında olan Qəzza zolağında yerləşən İndoneziya Xəstəxanasının direktoru Atıf əl-Kahlut, yalnız 24 saatlıq kifayət qədər yanacaqlarının olduğunu və yeni bir inkişaf olmadığı təqdirdə bu müddətin sonunda fəaliyyətlərinin dayandırılacağını bildirib.
Sitat.info xəbər verir ki, Kahlut mətbuat konfransında bölgənin şimalında yerləşən, minlərlə fələstinlinin, eləcə də yaralıların və xəstələrin sığındığı İndoneziya Xəstəxanasının iş vəziyyəti haqqında məlumat verib.
Kahlut bildirib ki, 140 çarpayılıq xəstəxanada hazırda təxminən 400 yaralı və gözləmə otaqlarında və dəhlizlərdə yatan xəstələrin müalicəsi aparılır.
Seymur Bənnayev
Sitat.info