İran: BMT İsrailin nüvə silahı ilə bağlı səssizliyini pozmalıdır

15:22 8 Noyabr 2023

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Səlami "Qəzzəyə nüvə bombası atmağın imkanlar arasında olduğunu" deyən İsrail nazirinə reaksiya verib və Birləşmiş Millətlər Təşkilatını (BMT) İsrailə qarşı susqunluğunu pozmağa çağırıb.

Sitat.info xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Salami İsrailin ifrat sağçı İrs naziri Amihai Eliyahunun blokadada olan Qəzza zolağına qarşı nüvə bombası istifadə etmək təhdidini dəyərləndirib.

Selami deyib: "Sionist rejim rəsmisi nüvə silahına malik olduqlarını etiraf etdi. Daha önəmlisi o, Qəzzanın məzlum xalqını təhdid etməklə beynəlxalq hüququn ən sadə prinsipləri və Birləşmiş Millətlər Təşkilatının qaydalarına meydan oxudu".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti