Qəzzadakı Fələstin Daxili İşlər Nazirliyi, İsrail döyüş təyyarələrinin Qəzza zolağının şimalındakı Beyt Lahiya qəsəbəsinə təşkil etdiyi hava hücumu nəticəsində fələstinlilərin öldüyünü və yaralandığını açıqlayıb.
Sitat.info xəbər verir ki, Qəzzada Fələstin Daxili İşlər Nazirliyindən verilən yazılı açıqlamada İsrail döyüş təyyarələrinin Beyt Lahiya qəsəbəsində bəzi evləri bombalaması nəticəsində ölən və yaralananların olduğu qeyd edilib.
Açıqlamada ölən və yaralananların sayı ilə bağlı məlumat verilməyib.
Şahidlərdən əldə edilən məlumata görə, İsrail döyüş təyyarələrinin hədəf aldığı ərazidə böyük dağıntılar baş verib.
Seymur Bənnayev
Sitat.info