“İstehlak Mallarının Ekspertizası Mərkəzi”nin mənfəəti 2% artıb

17:13 6 Aprel 2022

İqtisadiyyat Nazirliyinə məxsus “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC 2021-ci ili 1,226 milyon manat mənfəətlə başa vurub.

Report şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 1,9% çoxdur.

Ötən il “İstehlak Mallarının Ekspertizası Mərkəzi”nin cəmi gəlirləri 5,081 milyon manat (əvvəlki ilə nisbətən 10,4% çox), o cümlədən əsas əməliyyat gəlirləri 5,07 milyon manat (10,1% çox), sair əməliyyat gəlirləri isə 12 min manat (əvvəlki il olmayıb) təşkil edib.

Hesabat dövründə qurumun cəmi xərcləri 3,856 milyon manat (illik müqayisədə 13,4% çox), o cümlədən işçi heyəti üzrə xərcləri 3,493 milyon manat (13% çox), amortizasiya xərcləri 123 min manat (2,1 dəfə çox), digər əməliyyat xərcləri isə 239 min manat (2 dəfə çox) olub.



Xəbər xətti