Qarabağda 3 ədəd modul tipli xəstəxana quraşdırılacaq

17:54 6 Aprel 2022

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə 3 ədəd modul tipli xəstəxana kompleksinin hazırlanması və quraşdırılması işləri üçün təkliflər sorğusu elan edib.

Report bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

Məlumata görə, iddiaçılar təkliflərini aprelin 22-i, saat 12:00-a qədər portal vasitəsilə təqdim edə bilərlər.



Xəbər xətti