İrəvanın təşəbbüsləri bir çox cəhətdən Rusiya Federasiyası, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə üçtərəfli işçi qrupu çərçivəsində ötən illər ərzində artıq müzakirə edilmiş layihələrlə uzlaşır.
Sitat.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
Onun sözlərinə görə, üçtərəfli işçi qrupu regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə məşğuldur : "Biz qəti inanırıq ki, bu proses Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasında mühüm rol oynayır, Bütün Cənubi Qafqazın logistik potensialının inkşafına töhfə verir və tranzit məsələsinin açıqlanmasına xidmət edir. “Üç ölkənin liderləri 2020-ci ilin payızında Qarabağda hərbi əməliyyatlar başa çatdıqdan bir neçə ay sonra məhz bu işçi qrupu yaratmaq qərarına gəliblər. Artıq bu qrupun 12 iclası keçirilib, çox böyük işlər görülüb və biz bütün tərəflər üçün faydalı olan paket həllinə çox yaxınlaşa bilmişik. Təəssüf ki, hələ də bu məsələlərə son qoymaq mümkün olmayıb. Bəli, bəzi insanların bunu etmək üçün siyasi iradəsi yoxdur və bu, biz deyilik. Biz regional kommunikasiyaların bloklanmaması üçün lazımi yardımı göstərməyə davam etməyə hazırıq”.
Ermənistan Milli Təhlükəsizlik Xidmətində regional və beynəlxalq əhəmiyyətli yolların və digər kommunikasiyaların təhlükəsizliyinə nəzarət edən bölmənin yaradılmasına münasibət bildirən Zaxarova qeyd edib: “Diqqəti cəlb etmək istərdim ki, üçtərəfli sazişlərə əsasən, Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat kommunikasiyalarına nəzarəti Rusiyanın FTX sərhəd xidməti orqanları həyata keçirməlidir”.
O, həmçinin izah edib ki, Rusiya həm də Ermənistanın blakadadan çıxarmaq, o cümlədən İrəvan və Ankara arasında dialoqun yenidən başlamasına töhfə verərkən, onu rəhbər tutur. Zaxarova xatırladıb ki, Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin münasibətlərin normallaşdırılması üzrə ilk görüşü 2021-ci il yanvarın 14-də Moskvada baş tutub.
"Rusiya həmçinin "3+3” məsləhətçi regional platformasını, ölkələr arasında qarşılıqlı fəaliyyət üçün daha bir yaxşı platforma hesab edir: "Platformanın 2024-cü ildə Türkiyədə keçiriləcək növbəti iclasında nəqliyyat mövzuları da nəzərdən keçiriləcək. Bu format çərçivəsində mən əminəm ki, İrəvandan konstruktivlik tələb olunacaq”, - deyə Zaxarova yekunlaşdırıb.
Məğrur,
Sitat.info