İsrailin Megiddo həbsxanasındakı fələstinli əsirlərin işgəncələrə məruz qaldığı bildirilib.
Sitat.info xəbər verir ki, Fələstin Əsirlər Dərnəyinin verdiyi açıqlamada, Hayfa ilə Cenin şəhərləri arasında yerləşən Megiddo həbsxanasından bir müddət əvvəl azadlığa çıxan bir məhbusun ifadələri yer alıb.
Adı açıqlanmayan fələstinli bildirib ki, ilk dəfə Megiddo həbsxanasına girəndə özünü ABŞ-ın İraqı işğalı zamanı ağır işgəncələrə məruz qalan Əbu Qreyb həbsxanasına gətirilmiş kimi hiss edib.
Keçmiş fələstinli məhbus, "İsrail əsgərləri məhbusu yerdə sürükləyir və ondan işğalçı (İsrail) bayrağını öpməsini istəyirlər. Məhbus bunu etməsə, onu şiddətlə döyürlər" dedi.
“İmanım olmasaydı, ağlımı itirərdim” - fələstinli Megiddoda məhbusların şiddətli şəkildə döyüldüyünü, işgəncə və təhqirlərə məruz qaldığını, yaralıların müalicə olunmadığını bildirib.
Həbsxanada ciddi izdiham olduğuna diqqət çəkən keçmiş fələstinli məhbus, bildirib ki, bir kamerada 11-18 məhbus var. Onlar üstlərini örtəcək heç bir şey olmadan yerdə yatırlar.
Megiddoda hər palataya gündə cəmi iki dəfə yemək verildiyini, paltar və ayaqqabı daxil olmaqla hər şeyin müsadirə edildiyini bildirən fələstinli qeyd edib ki, qaynadılmış yumurta və kartof verirlər, olduqca pisdir və cəmi 2 nəfərə çatır. Hər şeyi müsadirə etdikləri üçün məhbusların geyindiyi paltardan başqa paltarı qalmayıb”.
İsrail qüvvələri blokada altındakı Qəzza zolağına hücumlara başladığı 7 oktyabrdan bəri İordan çayının qərb sahilində və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbs əməliyyatlarını artırıb.
Fələstin Əsirlər Dərnəyinin məlumatına görə, İsrail qüvvələri oktyabrın 7-dən bəri işğal altındakı Şərqi Qüds və İordan çayının qərb sahilində 2300 fələstinlini əsir götürüb.
Nərgiz,
Sitat.info