Parisdə İsrailin iç üzü açıldı: "Təhlükəsiz zonalar" fələstinliləri evlərindən çıxarmaq üçündür...

16:43 9 Noyabr 2023

Parisdə lQəzza ilə bağlı keçirilən humanitar konfransda çıxış edən BMT-nin yardım üzrə rəhbəri Martin Qriffits bildirib ki, dünya birliyi fələstinliləri evlərindən sıxışdırıb çıxarmağa yönəlik prosesə kömək etməyəcək:

Sitat.info xəbər verib ki, Qriffits bunun məqsədli olduğunu açıqlayıb: "BMT fələstinliləri təhlükəsiz zonalar deyilən ərazilərə sıxışdırmaq üçün irəli sürülən birtərəfli təklifin bir parçası ola bilməz".

Eyni konfransda çıxış edən Sərhədsiz Həkimlər Təşkilatının rəhbəri İzabelle Defurni Qəzzanın cənubundakı təhlükəsiz zonaları "saxta zonalar" adlandırıb və Qəzzada öldürülənlərin təxminən 30 faizinin cənubda olduğunu bildirib.

Birləşmiş Millətlərin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk çərşənbə günü İsrailə deyib ki, Netanyahu hökuməti Qəzzada mülki insanları qanunsuz  olaraq zorla təxliyyə edir.

Seymur, 

Sitat.info



Xəbər xətti