NATO-nun baş katibi humanitar atəşkəsi dəstəkləyib

18:31 9 Noyabr 2023

NATO-nun baş katibi Yens Stoltenberq atəşkəsi dəstəklədiyini ifadə edib.

Sitat.info xəbər verir ki, NATO müttəfiqlərinin yardımın Qəzzaya çatmasına imkan yaratmaq üçün İsrail və Həmas arasındakı müharibədə humanitar fasilələri dəstəklədiyini bildirib.

Stoltenberq Almaniya kansleri Olaf Şolzla görüşdən əvvəl Berlində jurnalistlərə bildirib ki, beynəlxalq hüquqa hörmət edilməlidir. Münaqişə zamanı o, mülki əhalinin qorunmasının vacibliyini bildirib: "Qəzzada müharibə böyük regional münaqişəyə çevrilməməlidir. İran və Hizbullah bu mübarizədən kənarda qalmalıdır".

Ayna Fərhad,

Sitat.info



Xəbər xətti